Taksi sürücüləri sərnişinlə üz-üzə qoyulduqda

Bu günlərdə maraqlı, lakin xoş olmyan hadisənin şahidi oldum. Taksidən düşən orta yaşlı qadın qapını çırparaq sürücüyə qarğış tökməyə başladı. Maraq güc gəldiyi üçün səbəbini soruşdum.
Məlum oldu ki, qadın Bayıldan metronun İnşaatçılar stansiyasına taksi sifariş edib. Lakin Şərifzadə küçəsində dayanma və durma qadağan edildiyi üçün sürücü onu Talıblı küçəsində, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yaxın yerdə düşürüb.
Belə bir problem bir müddət əvvəl mənim də başıma gəlib. Lökbatandan İnşaatçılar metro stansiyasına gəldikdə taksi məni 20 Yanvar ətrafında düşürdü.
İşin pis tərəfi budur ki, taksi şirkətləri bu cür narazılıq hallarında əsassız olaraq “müştəri hər zaman haqlıdır” prinsipini rəhbər tutur. Dəfələrlə söhbət etdiyim taksi sürücüləri şirkətlərin bununla bağlı heç bir iş görmədiyini deyiblər. Burada belə sual da ortaya çıxır: taksi sürücüsünü qayda pozmağa vadar edən sərnişin (müştəri) haqlı ola bilərmi? Şirkətlər nə üçün iqtisadi maraqları naminə sürücü və sərnişinləri dava həddinə çatdırmalıdır?
Bəli, dayanma və durmanın məhdudlaşdırılması taksilərin də işini çətinləşdirir. Lakin belə bir vəziyyətin yalnız Bakıda olduğunu düşünənlər də yanılır. Dünyanın əksər şəhərlərində intensiv prospektlərdə dayanmaq “imtiyazı” yalnız avtobus və tramvaya aiddir. Bu vəziyyətlə artıq 20-ci əsrin ortalarından hamı barışıb.
Lakin vəziyyət heç də çıxılmaz deyil. Beynəlxalq təcrübədən görürük ki, problemin həlli yolu var. Bir çox ölkədə sərnişin düşürmək və ya mindirmək üçün taksilərin qısa müddətə avtobus zolağına girməsinə icazə verilir. Lakin burada da ciddi vaxt məhdudiyyəti tələb edilir.
Şimal qonşumuzun paytaxtında isə daha ağıllı üsul tətbiq edilir: artıq 6 aydan çoxdur ki, əksər taksi aqreqatorları dayanma və durma qadağan edilən ərazilərdən (və ərazilərə) sifariş qəbul etmir. Mexanizm çox sadədir: dayanmaya icazə verilməyən ərazilərin xəritəsi onlayn taksi sifarişi proqramlarına əlavə edilib. Zənglə taksi sifariş verildikdə də, müştəri eyni situasiya ilə üzləşir.
Doğrudur, şirkətlər və taksi sürücüləri müəyyən qədər gəlirdən məhrum olsa da, təəbbüs müsbət qarşılanıb. Yəni, xalq məsəli ilə desək, xırmanda yabalaşmamaq üçün şərti şumda kəsiblər.
Azərbaycanda da bunu etmək çox da çətin deyil. Onlayn taksi sifarişi proqramlarına müvafiq xəritələr əlavə edilərək “qırmızı zona”lar yaradıla bilər. Yaxud, ən azından taksi sifariş verən sərnişinin mesajına müvafiq mesaj göndərilə bilər. Bu mesaj artıq taksi sürücüsü və şirkət üçün hüquqi əsas olacaq.
Vüqar Yaşaroğlu
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










