Taksi sürücülərindən ən çox şikayətlərin olduğu ölkələr - SİYAHI

Turistlərə xarici səfərlər zamanı tez-tez taksi xidmətlərindən istifadə etməli olurlar və məhz bu məqam çox vaxt problemlərə səbəb olur. İnsanlar tez-tez taksi sürücülərinin onları müxtəlif yollarla aldatmağa çalışdıqlarından şikayət edirlər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, sığorta şirkəti "AllClear" kiçik bir araşdırma apararaq turistlərin hansı ölkədə taksi sürücüləri ilə ən çox problem yaşadıqlarını müəyyənləşdirməyə çalışıb. Bunun üçün populyar "Reddit" forumunda taksilərdə dələduzluqla bağlı 450-dən çox yazı və 30 000-dən çox şərh təhlil edilib. Təhlil göstərib ki, şikayətlərin sayına görə böyük fərqlə liderlik edən ölkə Türkiyədir. Tədqiqatçılar türk taksi sürücüləri ilə bağlı 4 224 şərh qeydə alıblar. Bu, ikinci yerdə qərarlaşan Hindistanla bağlı 2 301 şərhdən demək olar iki dəfə çoxdur.
Ümumilikdə problemli ölkələr siyahısı belədir:
1. Turkiyə
2. Hindistan
3. Tailand
4. Vyetnam
5. Misir
6. Avstraliya
7. Meksika
8. Mərakeş
9. ABŞ
10. Kanada
11. Fransa
12. Kolumbiya
13. Filippin
14. İtaliya
15. Norveç
Araşdırma həmçinin göstərib ki, taksi sürücüləri ilə qarşılaşma ehtimalı ən yüksək olan məkan hava limanlarıdır - hər üçüncü şərhdə məhz bu yer qeyd olunub.
Tədqiqat turistlərin əvvəlcədən bilməli olduğu ən yayılmış taktikaların siyahısını da hazırlayıb:
1. Sayğacı işə salmamaq. Qısa səfərlər zamanı qəfil yüksək ödənişdən qorunmaq üçün getməzdən əvvəl sürücüdən sabit qiymət tələb edin.
2. Turist hələ taksiyə minib-girməmək barədə qərar vermədikdə çamadanları maşına yükləmək. Razılığınız olmadan taksi sürücülərinin əşyalarınıza toxunmasına icazə verməyin.
3. Nağdsız ödənişi qəbul etməmək. Sürücü kartla ödəniş terminallarının olmadığını və ya işləmədiyini iddia edirsə, bu adətən sərnişindən tarifdən çox pul almaq niyyətinin göstəricisidir: bəzən böyük nağd pul üçün də qaytaracağının olmadığını bildirirlər.
4. Uzun marşrutlardan istifadə etmək. Daha çox pul almaq üçün sürücü qəsdən ən uzun yolu seçə bilər - marşrutu xəritədə əvvəlcədən öyrənmək və haraya getdiyinizi izləmək məsləhətdir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












