Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO

Paytaxtda bəzi taksi sürücülərinin avtomobillərində yazdıqları qeyri-adi və yumoristik mətnlər diqqət çəkməyə davam edir. Bu cür yazılar həm sosial şəbəkələrdə geniş müzakirə olunur, həm də oxuyanların üzündə təbəssüm yaradır.
Avtosfer.az xəbər verir ki, sürücülər əsasən sərnişinlərin tez-tez verdiyi eyni suallardan bezdikləri üçün bu üsula əl atırlar. Onlar həm zarafat, həm də bir növ xəbərdarlıq məqsədilə avtomobillərinin arxa və ya ön hissələrinə müxtəlif mətnlər yapışdıraraq sualları “qabaqlamağa” çalışırlar.
Bəzi hallarda bu cür yazılar cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, əksər insanlar bunu sadəcə yumor kimi qəbul edir.
Son günlərdə isə daha bir sürücünün avtomobilinə yapışdırdığı yazı sosial mediada diqqət çəkib. Sürücü qeyri-adi və ironik üslubda belə qeyd edib:
Maşın şirkət ya da arenda deyil;
Nənəmin kəfən pulunu oğurlayıb almışam;
Babam məni axtarır;
Maşında səliqəyə diqqət edin, mən də sizə görə diqqət edib təmiz saxlayıram;
Xoşqədəmin verilişində deyilik, dərdləri mənə yox ona danışarsınız.
Hörmətlə, sürücünüz Əli
Maraqlı və bir qədər sərt tonda yazılmış bu mesaj qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalara səbəb olub. Bəziləri bunu sürücünün yumor hissi kimi qiymətləndirsə də, digərləri sərnişinlərlə ünsiyyət baxımından daha uyğun ifadələrin seçilməsinin vacibliyini qeyd edir.
Eltac Zülfüqaroğlu

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












