Tarixdə ən çox istehsal edilən təyyarə o oldu

"Airbus A320” modeli ümumi istehsal sayına görə əsas rəqibi olan “Boeing 737”ni geridə qoyaraq mülki aviasiya tarixində ən çox istehsal edilən sərnişin təyyarəsi statusunu qazanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Böyük Britaniyanın “Cirium” konsaltinq şirkətinin hesabatına istinadən xəbər yayıb.
Məlumata əsasən, rekorda səbəb olan sonuncu “Airbus A320” təyyarəsi Səudiyyə Ərəbistanının “Flynas” aviaşirkətinə təhvil verilib. Bununla da 1988-ci ildən bəri istehsal edilən A320 təyyarələrinin ümumi sayı 12 260 ədədə çatıb.
Qeyd olunur ki, “Airbus” şirkəti bu rekord göstərici ilə bağlı hələlik heç bir rəsmi açıqlama yaymayıb.
Xatırladaq ki, “Airbus A320” dar gövdəli, orta məsafəli təyyarələr ailəsinə aiddir. 1988-ci ildə təqdim edilən bu model uçuş idarəetmə sistemində tətbiq olunan və pilot əmrlərinin kompüter vasitəsilə ötürülməsinə imkan verən texnologiyası ilə aviasiya sənayesində ilk kütləvi tətbiq nümunəsi hesab olunur.(Qafqazinfo)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












