Tərkibində qızıl var imiş - Azərbaycanda da hamıda var - FOTO

Çində əhali kütləvi şəkildə köhnə SİM kartları almağa başlayıb. Avtosfer.az xəbər verir ki, səbəb sosial şəbəkədə yayılmış videodur.
Videoda görünür ki, Quandun əyalətinin sakini minlərlə köhnə kartdan 192 qram xalis qızıl əldə etdiyini göstərir. Videonu çəkən şəxs peşəkar metal emalçısıdır. Bu həcmdə qızıl üçün 2 tondan çox SİM kart və köhnə mikrosxem istifadə edilib. Nəticə əldə etmək üçün xüsusi kimyəvi və fiziki üsullar tətbiq edilib.
Əslində bəzi avadanlıqlarda qiymətli metalların mövcudluğu sirr deyil. Bir ədəd SİM kartda 0,4 milliqram qızıl olur. Korroziyadan mühafizə məqsədi ilə qızıl kartın üstünə nazik təbəqə şəklində çəkilir. Bunu isə nəinki ev şəraitində, heç peşəkar zərgər emalatxanasında da afinaj üsulu ilə ayırmaq mümkün deyil. Elektronika detallarından gümüşü ayırmağı isə maddi baxımdan sərfəli olmadığı üçün heç kim düşünmür.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














