Təyyarə istehsalçısının milyardlıq zərəri və sovetsayağı təbliğat

Rusiyanın YAK Elmi-İstehsalat Birliyi bu ilin ilk yarım ilini 4 milyard rubl zərərlə (84 milyon AZN) başa vurub.
Avtosfer.az xəbər verir ki, ötən ilin müvafiq dövründə ümumi zərər 443 milyon rubl təşkil edib. Daha ətraflı məlumat verilmir, çünki qanun bunu qadağan edir.
YAK konserni “Boeing” və “Airbus” laynerlərini əvəzləyəcək MS-21 təyyarəsinin layihələndirilməsi və “Superjet-100” təyyarəsi üçün xarici detalların əvəzlənməsi ilə məşğuldur. Yeni model təyyarələrin ilk müştəriyə çatdırılması 2026-cı ilə planlaşdırılır.
Bura qədəri Rusiya mediasının yazdığı standart xəbərdir. Bəs reallıq necədir?
Elə rus ekspertlərin özləri 2030-cu ilədək 1000 ədəd təyyarə planını qeyri-real hesab edirlər. Səbəb texnoloji asılılıqdır. Təyyarə istehsalına lazım olan dəzgahların cəmi 2 faizi Rusiyada istehsal edilə bilər. Qalan hissə Qərbdən alınmalıdır ki, bunu da Rusiyaya heç kim verməyəcək. Bunlarsız ya istehsal mümkün olmayacaq, ya hazır məhsulun maya dəyəri çox baha başa gələcək.
Bir sözlə, kiselyovların, solovyovların, simonyanların Rusyanın texniki suverenliyi, elmi potensialı barədə ağzı köpüklənə-köpüklənə danışıdıqları boş təbliğatdan, manipulyasiyadan başqa bir şey deyil. Texniki deqradasiyaya rəğmən sovetsayağı təbliğat tam gücü ilə davam edir və təəssüf ki, Rusiyadan kənarda da yaşlı nəsli inandırmağa nail olur.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












