Təyyarələr niyə arxalarında ağ izlər buraxır? - Az adamın bildiyi gizli təhlükə

Müasir reaktiv təyyarələr artıq gündəlik mənzərədir. İnsanlıq hava nəqliyyatı sahəsində uzun bir yol qət edib. Bu gün səmalarda ən müasir qırıcılar uçur, kommersiya təyyarələri isə hər gün milyonlarla sərnişini daşıyır. Lakin hamı reaktiv təyyarələrin necə işlədiyini və onların fəaliyyətinin hansı yan təsirlər yaratdığını yaxşı başa düşmür.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bunu "SlashGear" yazıb.
Ən çox təəccüb doğuran məqamlardan biri təyyarənin arxasında səmada görünən ağ xətlərdir. Bu xətlər "kondensasiya izləri" və ya "kontrreyl" (ingiliscə condensation trails) adlanır. Onlar reaktiv yanacağın yanması zamanı əmələ gələn su buxarının yüksək hündürlükdə və aşağı temperaturda buz kristallarına çevrilməsi nəticəsində yaranır. Ümumiyyətlə, kontrreyllər insanlar üçün təhlükə yaratmır, baxmayaraq ki, bəzi məşhur "kimtreyl" nəzəriyyələrinə görə, guya bu izlərdə sağlamlığa zərərli kimyəvi maddələr və ya metallar var. Bu iddiaların elmi əsası yoxdur. Bununla belə, kontrreyllər "stels" tipli – yəni radardan gizlənmək üçün nəzərdə tutulan təyyarələr üçün problem yaradır, çünki bu izləri gizlətmək mümkün deyil. Həmçinin onların ekoloji təsiri də mövcuddur.
Kondensasiya izləri, özləri insan üçün təhlükəsiz olsa da, Yer atmosferinə təsir göstərir. ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, kontrreyllər ümumi buludluluğu artırır və bu, planetin temperaturuna təsir edir. Bu süni buludlar günəş şüalarının bir hissəsini əks etdirir, lakin eyni zamanda Yer səthindən ayrılan istiliyi saxlayır, nəticədə istiləşmə baş verir. Temperaturdan asılı olaraq, bəzi izlər tez dağılır, digərləri isə uzun müddət səmalarda qalır. Onların çoxluğu iqlimə uzunmüddətli təsir göstərə bilər. Reaktiv yanacağın yanması zamanı atmosferə əsasən karbon qazı (CO₂) buraxılır. Bu qaz atmosferdə istiliyi saxlayaraq "istixana effekti" yaradır və qlobal istiləşməyə səbəb olur. Hesablamalara görə, aviasiya bütün süni CO₂ emissiyalarının təxminən 2,5 faizinə cavabdehdir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












