“Titanik” sərnişininin şəxsi arxivi hərraca çıxarıldı

İndiyədək ictimaiyyətə təqdim olunmamış, “Titanik”in birinci sinif sərnişini Frederik Sattona məxsus şəxsi əşyalar toplusu 100 min funt sterlinqdən artıq qiymətə satıla bilər.
Avtosfer.az BBC-yə istinadla xəbər verir ki, arxiv noyabrın 22-də Britaniyanın Uiltşir qraflığında keçiriləcək hərracda satışa çıxarılacaq. Sənədlər arasında “Titanik”dən xilas edilən yeganə birinci sinif sərnişin siyahısı və “White Star Line” şirkətinin ailələrə göndərdiyi məktub da yer alır. Məktubda bildirilir ki, ailələr yaxınlarının cəsədlərini geri gətirmək üçün birinci dərəcəli qatar biletlərinin pulunu özləri ödəməlidirlər.
Hərracı təşkil edən şirkətin nümayəndəsi Endryu Oldrik bildirib ki, bu arxiv öz növü üzrə ən tam və nadir kolleksiyalardan biridir.
Frederik Satton Suffolk qraflığında anadan olub, ailəsi ilə birlikdə ABŞ-ın Nyu-Cersi ştatına köçərək daşınmaz əmlak biznesindən böyük sərvət qazanmışdı. 1912-ci ilin martında səhhəti ilə bağlı səbəblərə görə İngiltərəyə səfər edərək ABŞ-a “Titanik” gəmisi ilə qayıdırdı.
Kolleksiya 1912-ci ildən bəri ailənin mülkiyyətində qalıb və indiyə qədər heç vaxt ictimaiyyətə nümayiş etdirilməyib. Arxivin ikinci hissəsinin gələn il satışa çıxarılacağı bildirilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












