Trampın qələbəsi dünyanın ən zəngin 10 adamına rekord pul qazandırdı

Dünyanın ən zəngin 10 adamının sərvəti Donald Trampın ABŞ prezidenti seçkilərindəki qələbəsindən sonra ümumilikdə rekord məbləğdə - 63,5 milyard ABŞ dolları artıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, bu, qurumun 2012-ci ildə "Milyarderlər İndeksi"ni aparmağa başladığından bəri ən böyük gündəlik artımdır. Xüsusilə, seçkilərin nəticəsindən ən çox qazanan dünyanın ən varlı insanı - İlon Mask olub ki, onun sərvəti Trampın qələbəsindən sonra 10,1 % (26,5 milyard ABŞ dolları) artaraq 290,3 milyard ABŞ dollarına çatıb.
Reytinqdə ikinci yeri tutan “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos bir gün ərzində 3,2 % (7,14 milyard ABŞ dolları), “Oracle” korporasiyasının rəhbəri Larri Ellison isə 5,4% (9,88 milyard ABŞ dolları) zənginləşib.
Trampın qələbəsindən dolayı yol ilə faydalananlar arasında “Microsoft”un qurucusu Bill Qeyts, bu korporasiyanın keçmiş baş direktoru Stiv Ballmer, “Google”ın qurucuları Larri Peyc və Sergey Brin, “Berkshire Hathaway”in rəhbəri Uorren Baffet və kriptovalyuta birjalarının rəhbərləri Brayan Armstronq və Çanpen Çjao da var.
“Bloomberg” yazır ki, milyarderlərin sərvətinin kəskin artmasına səbəb Trampın Ağ Evə gəlişinin vergilərin azaldılmasına və maliyyə tənzimlənməsinin yumşaldılmasına səbəb olacağı gözləntiləri fonunda ABŞ şirkətlərinin səhmlərinin qiymətlərinin artmasıdır.
Trampın qələbəsi barədə məlumatlar fonunda dollar möhkəmlənməyə başlayıb və "S&P 500" indeksi 2,5% artıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












