Üç ayaqla doğulmuş it polis bölməsində işə götürülüb - FOTOLAR

Çində üç ayaqla doğulmuş it ölkənin cinayətkarlıqla mübarizə üzrə ixtisaslaşmış bölməsində işə götürülüb. Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə SCMP nəşri məlumat verib.
Məlumata görə, "Barton" ləqəbli Belçika çoban iti 2019-cu ildə Çinin şimalında xüsusi sığınacaqda doğulub. Baytarlar itin balasını inyeksiya edilərək (iynə vuraraq) öldürməyi tövsiyə ediblər, çünki o sol ön pəncəsində anadangəlmə qüsurla doğulub və yalnız üç ayaq üzərində gəzmək imkanı olub. Lakin 20 illik təcrübəsi olan kinoloq Li Syaodun "Barton"a şans vermək qərarına gəlib. O, iti öz himayəsi altına alıb və ona təlim keçməyə başlayıb.
"Barton"un öz xüsusiyyətləri səbəbindən tez-tez aldığı xəsarətlərə baxmayaraq, it üstün bacarıqlar və yüksək dərəcədə stresədavamlılıq nümayiş etdirib. Şübhəlilərin saxlanılması zamanı isə it qorxmaz və cəsarətli davranıb. İki yaşında olanda "Barton" polis iti sertifikatının alınması üçün imtahan verib və rəsmi olaraq kütləvi iğtişaşlarla mübarizə üzrə kinoloji xidmətin nümayəndəsinə çevrilib.
"Heç kim "Barton"un imtahandan keçə biləcəyinə inanmırdı, amma o öhdəsindən gəldi. Öz bacarıqları sayəsində nişanı qazanıb", - deyə kinoloq bildirib.
Çinli itin hekayəsi bir çox sosial şəbəkə istifadəçisinə dərin təsir edib.




3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












