Uşaqla tətilə çıxanlar üçün vacib məsləhətlər

Yay mövsümü ailələr üçün səyahət vaxtıdır, amma uşaqla tətilə çıxarkən bir sıra vacib məqamlara diqqət etmək lazımdır.
Avtosfer.az "redaktor.az"a istinadən xəbər verir ki, uşaqların həssas dərisi olduğu üçün günəşdən qoruyucu kremdən istifadə etmək, şapka və açıq rəngli geyimlər geyindirmək önəmlidir, günəşin ən güclü olduğu 11:00-dan 16:00-dək açıq havada qalmaqdan çəkinmək məsləhətdir.
Uşaqlar yayda tez susuzlaşdığından onlara kifayət qədər təmiz su və təbii şirələr vermək, qazlı və şirin içkilərdən uzaq durmaq lazımdır. Gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumağı vərdiş halına gətirmək və açıq havada yeyilən qidalara diqqət yetirmək vacibdir. Tətil zamanı uşağın yuxu rejimini pozmamaq, onun kifayət qədər yatmasını təmin etmək əhəmiyyətlidir. Səyahət zamanı uşaq üçün təhlükəsiz avtomobil kreslosundan istifadə etmək, dəniz və hovuzlarda uşağı daim nəzarətdə saxlamaq lazımdır. Həmçinin təcili yardım çantasında lazım olan dərmanlar, günəşdən qoruyucu vasitələr və ilk yardım ləvazimatları olmalıdır.
Qeyd edək ki, bu sadə qaydalara əməl etməklə valideynlər uşaqlarının sağlam və təhlükəsiz yay tətilini təmin edə bilərlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












