Uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir

Günəş-Yer xəttində böyük tac dəliyi müşahidə olunur, ona görə də yaxın günlərdə Yer kürəsində maqnit qasırğalarının olması mümkündür. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat verib.
"Günəşin Yerə baxan tərəfində son bir neçə gündə müşahidə edilən və tədricən şərqdən qərbə (soldan sağa) doğru hərəkət edən kifayət qədər böyük tac dəliyi bu gün (23 iyun - red.) Günəş-Yer xəttinə çıxıb. Görünən diskin mərkəzindəki dəliyin indiki yerləşməsi artıq onun Yerə təsir göstərməsinə imkan verir, lakin faktiki olaraq, sürətli günəş küləyinin axınları Yerə ancaq 2-3 gündən sonra çatacaq", - deyə məlumatda bildirilib.
Laboratoriya alimlərinin qeyd etdiyi kimi, tac dəliyinin Yerə təsirindən tamamilə qaçmaq mümkün olmayacaq. Proqnoza görə, iyunun 25-dən başlayaraq uzunmüddətli geomaqnit dalğalanmaları gözlənilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












