Velosiped sürmək bu şəxslərdə sonsuzluq yaradır

Velosiped sürmək kişilərdə sonsuzluğa gətirib çıxara bilər. Avtosfer.az “Konkret.az”a istinadən xəbər verir ki, bunu androloq Elena Novikova bildirib. Onun sözlərinə görə bu idman növü çanaq nahiyəsinə davamlı təzyiq yaradır, qan dövranını çətinləşdirir və sperma keyfiyyətinə mənfi təsir göstərir. Həkim həmçinin ağır atletikanın da riskli olduğunu vurğulayıb. Maksimal ağırlıqlarla məşqlər və anabolik steroidlər, idman əlavələri kişilərin reproduktiv sağlamlığına ciddi zərbə vurur. Elena Novikova faydalı idman növləri kimi üzgüçülük, yoqa, qaçış, “jim” və dartılma hərəkətlərini tövsiyə edib. Bu məşqlər qan dövranını yaxşılaşdırır, stresi azaldır və bədənin həddindən artıq yüklənməsini önləyir. Ekspert əlavə edib ki, bəzi antidepresantlar və sakitləşdiricilər yalnız libidonu deyil, sperma keyfiyyətini də azalda bilər. Həmçinin bəzi vitamin kompleksləri yanlış istifadə olunarsa, qaraciyərə zərər verə bilər.
Novikova idman əlavələrində ekzogen testosteronun da təhlükəli olduğunu bildirib:
“Bu maddələr təbii sperma istehsalını bloklayır. Steroidlər kişilərdə testislərin kiçilməsi, sperma sayının azalması, saç tökülməsi, sinə böyüməsi və prostat xərçəngi riskini artırır”.
O həmçinin kişiləri ətraf mühitdəki görünməyən toksinlərə qarşı xəbərdar edib: plastik butulkalar, kosmetika və qablaşdırmada olan bisfenollar və ftalatlar spermatogenizə mənfi təsir göstərir. Novikova kişilərə tövsiyə edib ki, 20 yaşdan etibarən tam tibbi müayinədən keçsinlər, sperma göstəricilərini izləsinlər və lazım gələrsə, erkən kriosaxlama ilə gələcəkdə uşağın olmasına imkan yaratsınlar.
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO











