Velosiped sürmək demensiya riskini azaltmağa kömək edə bilər

Yeni araşdırmaya görə, orta yaşda müntəzəm olaraq velosiped sürmək demensiya riskini azalda və beyin sağlamlığını qoruya bilər.
Avtosfer.az xarici mətbuata istinadla xəbər verir ki, tədqiqat insanların necə hərəkət etməsi ilə demensiya və beyin strukturunun inkişaf riski arasındakı əlaqəni araşdırmaq məqsədi daşıyıb. Müəyyən edilib ki, avtomobil və ya ictimai nəqliyyatı idarə etmək kimi qeyri-aktiv hərəkət növləri ilə müqayisədə velosiped sürmək və piyada gəzmək kimi aktiv hərəkət növləri daha aşağı korrektə edilmiş demensiya inkişafı riskinə bağlıdır.
Çin və Avstraliya alimləri 13 il ərzində 479 min 723 iştirakçıdan əldə edilmiş məlumatları qiymətləndiriblər. Məlumatlar “UK Biobank” deidentifikasiya edilmiş genetik, həyat tərzi və sağlamlıq məlumatlarını ehtiva edən genişmiqyaslı biotibbi məlumat bazasından əldə edilib.
Tədqiqat iştirakçılarının ilkin orta yaşı 56,5 il idi. Onlar demensiyadan əziyyət çəkmirdilər və yeriyə bilirdilər.
İştirakçılardan son dörd həftə ərzində işə gediş-gəliş istisna olmaqla, səyahət üçün ən çox hansı nəqliyyat növlərindən istifadə etdikləri soruşulub. Cavablar dörd qrupa bölünmüşdü: qeyri-aktiv, gəzinti, qarışıq gəzinti, velosiped sürmə və qarışıq velosiped sürmə.
İştirakçıların təxminən yarısı qeyri-aktiv idi, 6,8 faizi piyada, 37 faizi qarışıq gəzinti qrupuna, 7 faizi isə velosiped sürmə və qarışıq gəzinti qrupuna daxil idi.
On üç illik müşahidə zamanı 8845 demensiya və 3956 Altsheymer xəstəliyi halı qeydə alınıb. Araşdırma göstərib ki, velosiped sürmək və qarışıq velosiped sürmək demensiyanın üç formasının inkişaf riskini azaldır: Altsheymer xəstəliyi, gənc yaşda başlayan demensiya və gec başlayan demensiya.
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO










