“Veqan və vegetarian sağlam və rasional qidalanma prinsiplərinə uyğun deyil” – DİETOLOQDAN XƏBƏRDARLIQ

Son illərdə veqan və vegetarian pəhrizlər sağlamlıq, ətraf mühit və heyvan hüquqları ilə bağlı səbəblərə görə geniş populyarlıq qazanmışdır. Bu pəhrizlər əsasən bitki mənşəli qidalar üzərində qurulmuşdur və bəzi fərqliliklərə malikdir.
Bəs veqan və vegetarian olan insanların ət və heyvan mənşəli məhsullardan istifadə edən insanlara nisbətən müsbət və mənfi tərəfləri hansılardır?
Bu mövzu ilə bağlı tanınmış həkim diyetoloq, diet kitablar müəllifi, uzun ömürlük üzrə ekspert Leyla Zülfüqarlı Avtosfer.az-a açıqlamasında bildirib ki, veqan və vegetarian qidalanma tamamilə sağlam və rasional qidalanma elminin prinsipləri ilə uyğun gəlmir:

“Çünki dietologiya elminin əsas prinsipi balanslı qidalanmadır. Veqan qidalanma isə çox seçici yanaşma tələb edir və heyvan mənşəli qidalar tamamilə qəbul edilmir. Bu pəhrizdə yumurta, bal və xüsusilə balıq məhsullarından istifadə olunmur. Halbuki ət məhsulları, xüsusən heyvan mənşəli qidalar, B12 vitamini və dəmir kimi vacib qida maddələri ilə zəngindir. B12 vitamini əsasən heyvan mənşəli qidalardan əldə edilir. Toxumlardan və bitkilərdən isə bu maddələri kifayət qədər təmin etmək çətindir”.

Həkim həmçinin əlavə edib ki, bəzi vacib qida maddələri yalnız heyvan mənşəli qidalardan əldə olunur və onların əvəzlənməsi çətindir:
“Ona görə də hər zaman tövsiyə edirik ki, sağlam qidalanma üçün faydalı heyvan məhsullarından da istifadə edilməlidir.”
Eltac Zülfüqaroğlu
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










