Xəstəyə inəyin ürək klapanları köçürüldü - Elmdə ilk

İngiltərədə bir xəstəyə inək ürəyindən qoşa klapan köçürülüb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, bir ilk sayılan bu transplantasiya xəstə oyaq ikən həyata keçirilib. İngiltərədə keçmiş tibb işçisi Con Smolvuda ötən il müayinə zamanı ürək çatışmazlığı diaqnozu qoyulmuşdu. "Ürək çatışmazlığı" ümumi anesteziyaya icazə vermək üçün çox ağır proses olduğu üçün həkimlər onu oyaq ikən əməliyyat etmək qərarına gəliblər. Lokal anesteziya ilə əməliyyat olunan kişinin ürəyinə inəkdən qoşa klapan köçürülüb. 2 saat davam edən və uğurla keçən əməliyyatın tibb tarixində bir ilk olduğu bildirilib. Sağlamlığına qovuşan 74 yaşlı kişi özünü çox yaxşı hiss etdiyini deyib: "Sanki yenidən doğulmuşam. Əvvəllər edə bilmədiyim hər şeyi edə bilirəm" . İndiyə qədər tək klapan transplantasiyası həyata keçirilirdi. Oxşar əməliyyatlarda inək ürəyindən götürülən klapanlar insan ürəyinə ən oxşar yaxın olduğu üçün köçürülür. Qeyd edək ki, daha əvvəl donuzdan insana ürək transplantasiyası həyata keçirilib. ABŞ-ın Merilend ştatında ilk dəfə donuzdan insana ürək transplantasiyası əməliyyatı edilən xəstə 2 ay sonra dünyasını dəyişib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












