Xəzər Dənizindəki “Görünməz Ada”nın SİRRİ: Görün nə imiş

ABŞ-ın NASA Kosmik Agentliyinə məxsus Landsat 8 və 9 kosmik gəmiləri 2022-ci ilin noyabrından 2024-cü ilin dekabrına qədər Xəzər dənizinin sahil zolağında apardıqları tədqiqatlar zamanı maraqlı bir kəşfə imza atıblar. Azərbaycanın şərq sahillərindən 25 kilometr uzaqlıqda yerləşən və "Görünməz Ada" adı verilən yeni bir ada aşkarlanıb.
Bu ada 2023-cü ilin əvvəlində Kumani palçıq vulkanının güclü püskürməsi nəticəsində Xəzərin sularında yaranıb. Lakin mövcudluğu uzun sürməyib və 2024-cü ilin sonlarına doğru demək olar ki, tamamilə bulanıqlaşıb, sulara qarışaraq gözdən itib.
Tarixdə ilk rəsmi qeydə alınan oxşar püskürmə 1861-ci ilə təsadüf edir. Maraqlıdır ki, adanın yoxa çıxması qədim nağıllar və dəniz əfsanələrindəki "xəyali adalar" anlayışı ilə üst-üstə düşür. Bu səbəbdən internetdə ona "xəyali ada" deyə müraciət olunur.
Xəzər dənizindəki nadir hadisə ilə bağlı açıqlama verən AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyev bu təbiət hadisəsinin Azərbaycan üçün qeyri-adi olmadığını bildirib. Onun sözlərinə görə, Xəzərdə belə adaların yaranması palçıq vulkanlarının mövcudluğu ilə bağlıdır:
"Dünyada yerləşən palçıq vulkanlarının 40-45 faizi Azərbaycanın ərazilərində cəmləşib. Bu vulkanlar təkcə quruda deyil, həm də dənizdə yerləşir ki, bu da yeni adaların əmələ gəlməsinə səbəb olur. Dənizdəki palçıq vulkanları püskürdüyü zaman belə adalar meydana gəlir. Quruda olduğu halda vulkan püskürəndə material axıb gedir, amma dənizdə bu proses fərqlidir. Xəzərin dibində görünən və görünməyən çoxlu sayda adalar var. Onların bəzilərinin vaxtilə palçıq vulkanları olduğu ehtimal edilir."
Mütəxəssis bildirib ki, bu tip adalar Xəzərin çəkilməsi zamanı yaranır və sonradan səthə çıxır. Hazırda belə adalar bərkiməmiş vəziyyətdədir, lakin zamanla daimi adalara çevrilə bilərlər:
"Bu adalar ağır gil və müxtəlif qazların çıxdığı ərazilərdə yaranır. Dənizin altında hələ də bir çox palçıq vulkanları var ki, üzə çıxmayıb və əmələgəlmə prosesi davam edir. Gələcəkdə onların bərkidiyi zaman daimi adalara çevrilməsi mümkündür.
Xəzər dənizindəki palçıq vulkanları yalnız Azərbaycanın coğrafi möcüzələrindən biri deyil, həm də ətraf mühitə və təbiət hadisələrinə dair maraqlı tədqiqat obyektidir. "Görünməz Ada" kimi nadir hadisələr isə bu vulkanların füsunkar və sirli təsirini bir daha ortaya qoyur - deyə Ənvər Əliyev əlavə edib.


(ajans.az)
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO
İtdən maraqlı hərəkət: Eskalatora minərək yolu keçdi – VİDEO
Bakıda səs-küy problemi niyə artır? – Ekspert AÇIQLADI
Bu avtomobildə yanacaq çəni ön oturacağın altındadır – SƏBƏB?
Avtomobillərdə illərdir istifadə olunan sistem dəyişdirilir – Geri ötürmədə YENİLİK
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA
Bir nömrə nişanı ilə 3 avtomobil: Sürücülər üçün maraqlı qayda










