Yaponlar Marsda və Ayda bina tikəcək

Kioto Universiteti və tikinti şirkəti "Kajima" gələcəkdə Marsda və Ayda insan həyatı üçün uyğun olacaq yaşayış binası tikməyi planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə Yaponiyanın “The Japan Times” qəzeti yazır. Qəzetin qeyd etdiyi kimi, əsas vəzifələrdən biri binanın daxilində Yerin cazibə qüvvəsinin analoqunu yenidən yaratmaqdır. Tədqiqatçılar buna qeyri-adi tikinti formasının köməyilə nail olmaq istəyirlər: yaşayış evinin öz oxu ətrafında fırlanan tərs konus şəklində inşa edilməsi təklif olunur. Qeyd edilir ki, bu şəkildə yaranan mərkəzdənqaçma qüvvəsi cazibə qüvvəsinin formalaşmasına imkan verəcək.
Layihənin dəyəri açıqlanmasa da, alimlər etiraf edir ki, bu, əsas əsrin layihələrindən biri olacaq.
Qeyd edək ki, Marsın cazibə qüvvəsi Yerin 38 faizini təşkil edir, Ayda isə Yerin yalnız altıda bir hissəsidir.
Publika.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












