Yarım milyon al, işdən çıx

Gəlirləri azalan və rəqabətdə çətinlik çəkən Mercedes şirkəti xərclərini azaltmaq qərarına gəlib. Bunun ən səmərəli yollarından biri də işçilərin ixtisar edilməsidir. Lakin, qanun minlərlə işçini obrazlı desək, çölə tökməyə icazə vermir.
Avtosfer.az xəbər verir ki, həmkarlarla imzalanmış kollektiv müqviləyə görə 2035-ci ilədək ixtisarlar istisna edilir. Buna görə də, şirkət çıxış yolu axtarır. Konsernin rəhbərliyi işdən könüllü çıxanlara maddi yardım təklif edir. Məsələn, aylıq məvacibi 9000 avro olan, 20 ildən çox iş stajı olan texnik 500 000 avro kompensasiya ala bilər. Eyni staja malik, 7500 avro maaşlı keyfiyyət nəzarətçisi isə 300 000 avro əldə edə bilər.
Ekspertlərin fikrincə, bu təklif gənclər üçün çox da cəlbedici deyil, lakin pensiya yaşı yaxınlaşanlar kütləvi şəkildə işdən çıxa bilərlər. Beləliklə, işçi qüvvəsinin əsasını daha az maaş alan gənc mütəxəssislər təşkil edə bilər.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












