Yaşı 50-dən yuxarı olanların NƏZƏRİNƏ!

50 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır və yağ itirmək daha çətin olur. Lakin bəzi qidalar arıqlamağa və qarındakı yağları azaltmağa kömək edə bilər. Hormonal dəyişikliklər, əzələ kütləsinin azalması və yavaşlayan maddələr mübadiləsi 50 yaşdan sonra qarın bölgəsində yağın daha sürətlə yığılmasına və daha çətin əriməsinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, sertifikatlı idman dietoloqu Tara Kollinqvud "Eat This, Not That" üçün yazdığı məqalədə bildirir:
"Qarındakı yağları "yandıran" tək bir məhsul yoxdur, lakin səhər yeməyi üçün düzgün qidaların seçilməsi sağlam maddələr mübadiləsini dəstəkləyə, qan şəkərinin səviyyəsini sabit saxlaya və toxluq hissini uzun müddət qorumağa kömək edə bilər".
O, protein, lif və faydalı yağların birləşməsini tövsiyə edir. 50 yaşdan sonra qarın yağına qarşı kömək edən minimum 7 səhər yeməyi məhsulu var:
1. Yumurta: Kollinqvudun tövsiyə etdiyi ilk məhsuldur: "Yumurtalar orqanizmi yüksək keyfiyyətli proteinlə təmin edir, bu da bir neçə saat toxluq hissi yaradır və əzələ kütləsinin qorunmasına kömək edir. Protein və yağların birləşməsi qan şəkərini sabitləşdirir və səhər ortasında ac qalmamağa kömək edir".
2. Yunan yoğurtu: Zəngin protein və probiotik mənbəyi olan yunan yoğurtu toxluq yaradır və bağırsaq mikrobiomasını dəstəkləyir. Araşdırmalar göstərir ki, sağlam bağırsaq qarın bölgəsində yağ yığılmasını tənzimləməyə kömək edir. Qeyd olunur ki, şirniyyat əlavə edilməmiş sadə yoğurt seçilməlidir; lazım gələrsə, meyvə və ya az miqdarda bal əlavə etmək olar.
3. Yulaf: Yulaf həll olunan liflə zəngindir, bu da həzm prosesini yavaşladır, qan şəkərini tənzimləməyə kömək edir və zamanla qarın içi yağını azaltmağa xidmət edir. Yulaf həmçinin ürək sağlamlığını dəstəkləyir, bu isə 50 yaşdan sonra xüsusilə vacibdir.
4. Giləmeyvələr: Qarağat, çiyələk və moruq antioksidant və liflə zəngindir. Təbii şirinliyi şəkər istəyi ödəyir, lif isə iştahanı nəzarətdə saxlayır. Yoğurt, yulaf və ya smuzi ilə əla uyğunlaşır.
5. Qoz-fındıq və qoz yağı: Badem, qoz və təbii qoz yağı səhər üçün ideal enerji mənbəyidir. Faydalı yağlar, protein və lif toxluğu artırır və gün ərzində həddindən artıq yeməyi önləyir ki, bu da qarın yağının azaldılmasında vacibdir.
6. Avokado: Avokado sağlam yağların əla mənbəyidir. Təkli doymamış yağlar ürək üçün faydalıdır və qarın bölgəsində yağın azalması ilə əlaqələndirilir. Yumurtalar və ya tam taxıllı tost ilə birlikdə balanslı və doyurucu səhər yeməyi təmin edir.
7. Tam taxıllar və yüksək lifli məhsullar: Tam buğda çörəyi, yüksək lifli yulaf və kinoa bədənə yavaş həzm olunan karbohidrat və lif təmin edir. Bu, iştahanı tənzimləyir və zamanla qarın bölgəsində yağın yığılmasını azaldır. Məhsulların porsiyada ən azı 3–5 qram lif ehtiva etməsinə diqqət yetirin./ajans.az
Taksilərin üzərindəki bu simvolun mənasını bilirdiz? – ARAŞDIRMA - FOTO
Qar və buzlu yollarda maşındakı bu sistemin aktiv olması qəzaya səbəb olur - ARAŞDIRMA
Motosikletçilər üçün hava yastığı
İki milyarda metro: 15 stansiya, 32 qatar....
Vətəndaşlıq almaq neçəyə başa gəlir?
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR










