Yaşı təxminən 800 il olan qızıl üzük aşkar edilib

Norveçin Tönsberq şəhərində arxeoloqlar yaşı təxminən 800 il olan unikal tapıntı — qızıl üzük aşkar ediblər. Avtosfer.az "AZƏRTAC"a istinadən xəbər verir ki, artefakt torpaq qatından təxminən 7 santimetr dərinlikdə arxeoloq Linda Osxeym tərəfindən tapılıb və Norveçin Mədəni İrs Araşdırmaları İnstitutunda (NIKU) artıq “arzuların tapıntısı” adlandırılıb.
Üzüyün yerləşdiyi torpaq qatının tarixi bəlli deyil. Lakin arxeoloqlar üzüyün üzərində kiçik bir şam budağı aşkar ediblər. Bu budaq üzvi materialların yaşının müəyyən edilməsi üçün istifadə olunan radiokarbon analizi metodu ilə səciyyələndirilib. Analiz göstərib ki, budaq 1167–1269-cu illəri əhatə edən dövrə aiddir. Buna görə də, ehtimal olunur ki, üzük daha qədimdir, çünki o, budaqdan aşağı torpaq qatında yerləşib.
Üzük qızıldan hazırlanıb, mavi rəngli, oval formalı, ehtimal ki, sapfiri imitasiya edən şüşə daşla bəzədilib, həmçinin filiqran və qranulyasiya üsulları ilə zəngin dekorasiya olunub.
Mütəxəssislərin fikrincə, üzük cəmiyyətin ali təbəqəsinə mənsub bir qadına aid olub. Bu cür tapıntılar olduqca nadirdir. Norveçin milli məlumat bazasında orta əsrlərə aid 63 qızıl üzük qeydə alınıb və Tönsberqdə son 15 il ərzində belə bir bəzək əşyası ilk dəfə aşkar edilib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












