Yaşlılar maşın sürsün, ya yox? - AVROPADA DEBAT

Yaşlı sürücülərin törətdiyi qəzalar artdıqca Avropada bu kateqoriyadan olan şəxslərin sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı təkliflər də artır.
Avtosfer.az xəbər verir ki, bu məsələdə fikirlər haçalanır. Sərt xətt tərəfdarları müəyyən yaşdan sonra insanların sürücülük hüququnun ləğvini tələb edirlər. Lakin onlarla razılaşanların sayı azdır.
Ümumilikdə isə, Avropa İttfaqına üzv ölkələrdə sürücülük yaşı və vəsiqələrin verilmə müddəti ilə bağlı konkret qayda yoxdur. Məsələn, Fransa və Maltada sürücülük vəsiqələri ömürlük verilir. Hazırda Avropa Komissiyası müddətsiz vəsiqələrin əleyhinə çıxır.
İkinci xəttin tərəfdaları isə yaşlı sürücülərin vəsiqələrinin birdəfəlik ləğvinə qarşı çıxırlar. Onların fikirincə, hər bir sürücüyə fərdi yanaşma zəruridir. Yaşlı sürücülərin vəsiqələri yenilənərkən onların sağlamlığı ilə yanaşı, keçirdikləri qəzalar da nəzərə alınmalıdır.
Ekspertlərin fikrincə, ictimai nəqliyyatın olmadığı kənd yerlərində avtomobil yaşlı insanların yeganə sosiallaşma vasitəsidir. Onları bu vasitədən məhrum etmək hüquq pozuntusu olar.
Sürücü assosiasiyaları da qayda pozmayan şəxslərin yaşına görə vəsiqələrinin ləğvini ədalətsiz hesab edir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












