Yeddi dəqiqə ölü qalan alim o biri dünyada nə gördüyünü danışdı

ABŞ-dən olan astrofizik, elmlər doktoru anonim şəkildə "ölümə yaxın təcrübəsini" bölüşüb. O, öldükdən 7 dəqiqə sonra yenidən həyata qaytarıldığını bildirib. Avtosfer.az "Daily Star" nəşrində dərc olunan materialı təqdim edir. Alimin sözlərinə görə, özünü pis hiss etdikdən sonra təcili yardım çağırıb və xəstəxanaya yerləşdirilib. Xəstəxanada ona ürək tutması diaqnozu qoyulub. Daha sonra o, 7 dəqiqə davam edən klinik ölüm keçirib.
O qeyd edib ki, nə mələklər, nə də tunelin sonunda işıq görüb.
"Qara məkanda süzən üç oval ellips gördüm. Birinci ellipsin daxili və xarici səthində dağlar, çaylar, meşələr və buludlar var idi. Əvvəlcə onlar çox gözəl idi, amma sonra rəngləri solmağa başladı və sarımtıl çalara çevrildi", – deyə o danışıb.
Amerikalı alimin sözlərinə görə, daha sonra narahatedici görüntülər yaranıb. O, ikinci ellipsi görüb, ondan közərmiş dəmir parçaları qopurdu və guya metalın qoxusunu da hiss edirdi.
"Sonra mənzərə aydınlaşdı və üçüncü ellipsi gördüm. O, ən gözəl gün doğumu və ya gün batımına bənzəyən açıq çəhrayı və mavi buludlarla örtülmüşdü. Deyəsən, məhz o anda ürəyim yenidən döyünməyə başladı", – deyə alim əlavə edib.
O hesab edir ki, ölüm anında məhz bu mənzərəni görməsi təsadüfi deyil. Çünki huşunu itirməzdən əvvəl diqqətini müəyyən mövzuya cəmləmişdi. Həmin vaxt o, alman astronomu İohann Keplerin əsərlərini araşdırır və xüsusilə planetlərin orbitlərinin niyə dairə deyil, ellips formasında olması ilə maraqlanırdı (Baku.ws).
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












