Yeni gülləkeçirməz radarlar quraşdırılır; maşınların növünüə görə sürət limitini biləcək - FOTO

Son dövrlərdə xarici ölkələrdə tətbiq olunan yeni radar sistemləri sürücülər arasında maraq və müzakirə mövzusuna çevrilib.
Avtosfer.az xəbər verir ki, xüsusilə Fransa və ABŞ ərazisində quraşdırılan bu qurğular həm görünüşü, həm də funksionallığı ilə diqqət çəkir.
Məlumata görə, yol kənarında yerləşdirilən bu cihazlar nə klassik sabit radarlara, nə də mobil sistemlərə bənzəyir. Onların kəskin xətli, futuristik dizaynı sürücülərin diqqətini dərhal cəlb edir. ABŞ-nin bəzi bölgələrində, o cümlədən Montqomeri qraflığı ərazisində sakinlər bu radarları qeyri-rəsmi olaraq “Kibertruck radarları” adlandırırlar. Bu ad onların dizayn baxımından “Tesla Cybertruck “modelinə bənzəməsi ilə əlaqələndirilir.
Mütəxəssislər bildirir ki, bu radarlar yalnız görünüşü ilə deyil, davamlılığı ilə də fərqlənir. Vitronic tərəfindən hazırlanan sistemlər gülləkeçirməz şüşə və möhkəmləndirilmiş korpusla təchiz olunub. Bu isə onları vandalizm və zərbələrə qarşı daha dayanıqlı edir.

Bundan əlavə, yeni radarlar tam avtomatik rejimdə işləyir, polis nəzarəti olmadan fəaliyyət göstərə bilir və məsafədən idarə olunur. Qurğular eyni anda bir neçə zolağı izləmək, nəqliyyat vasitəsinin növünə görə sürət limitlərini müəyyənləşdirmək imkanına malikdir.
Qeyd olunur ki, bu tip radarlar əsasən qəza riskinin yüksək olduğu ərazilərdə və yol tikintisi sahələrində quraşdırılır. Məqsəd yalnız cərimə tətbiq etmək deyil, həm də sürücülərin davranışına təsir edərək yol təhlükəsizliyini artırmaqdır.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












