Yeni yollar – Maşınlar buradan keçərkən enerji toplayacaq

Fiat, Chrysler, Dodge, Jeep, Opel, Peugeot, Maserati və s. brendlərin sahibi olan Stellantis şirkəti özünün yol örtüyünə inteqrasiya edilə bilən dinamik naqilsiz şarj texnologiyasını (DWTP) uğurla test edib. Belə ki, elektromobillər üçün nəzərdə tutulmuş sözügedən texnologiyanın test olunması üçün şirkət xüsusi test yolunu inşa edib.
Avtosfer.az bildirir ki, elektromobillər sözügedən yol ilə hərəkət edən zaman daimi şarj prosesində olacaqlar. Şirkət mühəndisləri dairəvi yolun bir hissəsinin altına yastı induksiya bobinləri yerləşdiriblər və daha sonra onları elektrik şəbəkəsinə qoşublar. Daha sonra isə həmin induksiya bobinlərinin üzərlərinə yenidən asfalt çəkiblər.
İnduksiya bobinlərinin aktivləşdirilməsindən sonra xüsusi qəbulediciyə sahib elektromobillər həmin yol üzərində hərəkət zamanı enerji əldə edə biliblər. Stellantis şirkətinin verdiyi məlumata əsasən effektivliyinə görə DWTP texnologiyası sürətl şarj stansiyasına bənzəyir. Bu texnologiyanın əsasında istifadə edilən maqnit sahələri isə sürücülərə, sərnişinlərə və piyadalara heç bir mənfi təsir göstərmir. Məlumatda qeyd edilib ki, DWTP texnologiyası nisbətən daha nazik və kompakt naqillərdən istifadə edə və bərpa olunan enerji mənbələrinə birbaşa qoşula bilər. Del Futuro adlı xüsusi test yolunun uzunluğu 1050 metr təşkil edir. Bu test yolu bir sıra perspektivli nəqliyyat texnologiyasının testi üçün inşa edilib.
ted.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












