Yer kürəsində güclü maqnit qasırğası baş verib

Uzun müddətdir davam edən maqnit qasırğası Yer kürəsini hələ də tərk etmir. Alimlər proqnozlaşdırırlar ki, bu vəziyyət həftənin sonuna qədər davam edəcək.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, ekspertlərin proqnozuna görə, geomaqnit qasırğasının pik nöqtəsi axşam saatlarında olub. Onun ümumi təsiri isə sutka ərzində hiss olunacaq. Geomaqnit qeyri-sabitliyi insanların sağlamlığına mənfi təsir göstərə bilər. Belə ki, baş ağrısı, təzyiqin dəyişməsi, başgicəllənmə, ürək döyüntülərinin artması və nəfəs almaqda çətinlik yarana bilər.
Yuxu pozuntuları və təbii bioritmlərin dəyişməsi mümkündür ki, bu da yuxusuzluq, oynaqlarda ağrılar və narahatlıq yarada bilər. Mütəxəssislər xroniki xəstəlikləri olan insanlara sağlamlıqlarına xüsusi diqqət yetirməyi tövsiyə edirlər.
Maqnit qasırğasını rahat keçirmək üçün yuxu rejiminə əməl etmək, fiziki və emosional gərginlikdən uzaq durmaq, daha çox su içmək, vitamin qəbul etmək, həmçinin cihazlardan istifadəni məhdudlaşdırmaq və lazım gəldikdə həkimə müraciət etmək tövsiyə olunur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












