Yer kürəsində tarixin ən qısa günü olacaq - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Avqustun 5-də Yer kürəsi bütün müşahidələr tarixi ərzində ən qısa fırlanmalardan birini edəcək. Avtosfer.az bu barədə Oxu.az-a istinadən məlumat verir.
Ayın cazibə qüvvəsinin təsiri planetin daha sürətli fırlanmasına səbəb olacaq və günün (sutkanın) uzunluğunu 1.25 millisaniyə qısaldacaq.
Bu dəyişiklik insanlar üçün hiss olunmasa da, mütəxəssislər uzunmüddətli fəlakətli nəticələr barədə xəbərdarlıq edirlər. Fırlanmanın sürətlənməsi okean sularının yenidən bölüşdürülməsinə gətirib çıxara bilər - qütblərdən ekvatora qədər. Sürətin, hətta saatda bir mil (1.61 km/saat) belə cüzi artımı ekvatorial bölgələrdə dəniz səviyyəsini yüksəldə bilər və sahilyanı şəhərləri su basması təhlükəsi altında qoya bilər.
Ekstremal ssenaridə saatda 100 mil (160.9 km/saat) fırlanma sürəti ilə ekvatorun yaxınlığındakı ərazilər su altında qala bilər. Alimlər qeyd edirlər ki, daha sürətli fırlanma insanın sirkad ritmlərini (sirkad ritmi - gecə və gündüzün dəyişməsi ilə əlaqəli müxtəlif bioloji proseslərin intensivliyindəki siklik dalğalanmalardır, sirkad ritmlərin müddəti adətən 24 saata yaxındır. Xarici stimullarla əlaqəyə baxmayaraq, sirkad ritmi endogen mənşəlidir və bununla da bədənin bioloji saatını təmsil edir - red.) poza bilər. Günəş sutkası 22 saata qədər qısala bilər ki, bu da bioloji saatı dəyişdirəcək və adaptasiya imkanından məhrum edəcək.
Araşdırmalar göstərir ki, hətta yalnız birsaatlıq yerdəyişmə ilə yay vaxtına keçmək belə infarkt halları və qəzaların sayını artırır. Planetin ritmində daimi dəyişikliklər isə insanların sağlamlığı və həyat fəaliyyəti üçün daha ciddi nəticələrə səbəb ola bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












