Yeraltı şəhər və ya nüvə bunkeri: Trampın sığınacağı - VİDEO

ABŞ-ın Kolorado ştatında, Səkkizguşəli dağların (Skelyastı dağları) dərinliyində yerləşən gizli hərbi qala - "Şayenn Dağı kompleksi” ABŞ-ın siyasi və hərbi rəhbərliyini nüvə müharibəsi halında qorumaq üçün inşa edilib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bu bunker tarixi ərzində cəmi iki dəfə mətbuat üçün açılıb — sonuncu dəfə "NewsNation” telekanalı orada çəkiliş aparıb.
Təxminən 70 min ton qranit qayasından yonulmuş bu nəhəng yeraltı şəhər birbaşa nüvə zərbələrinə tab gətirə biləcək şəkildə layihələndirilib.
Girişdə 90 santimetr qalınlığında polad qapılar və çoxsaylı nəzarət-keçid məntəqələri var. Kompleksin öz elektrik stansiyaları, yeraltı göllərdən içməli su mənbələri və uzun müddət üçün nəzərdə tutulmuş ərzaq ehtiyatı mövcuddur. Hətta orada "Subway” adlı sürətli iaşə şəbəkəsinin restoranı da fəaliyyət göstərir.
Obyekt 1966-cı ildə istifadəyə verilib. ABŞ-ın Şimal Komandanlığı və Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) rəhbəri general Qreqori Giiyo bildirib ki, bunker bu gün də o dövrkü vəziyyətini qoruyur. Onun sözlərinə görə, tikintisinə sərf olunan 142 milyon dollar tam əsaslı xərcləmə idi, çünki bu cür obyektin indi tikintisi 1 milyard dollardan çox dəyər tələb edərdi.
5,1 akr sahədə yerləşən 15 bina nəhəng polad yaylar üzərində "asılıb” və bu, nüvə partlayışının zərbə dalğasını udmağa imkan verir. Kompleks həm də ABŞ və Kanada ordularının fövqəladə vəziyyət zamanı birgə komanda məntəqəsi kimi istifadə ediləcək. Bu tunellər və otaqlardan ibarət labirint soyuq müharibə dövründə Sovet raketlərindən qorunmaq üçün yaradılmışdı. 2018-ci ildə Donald Tramp bunkerə ilk dəfə jurnalistləri buraxanda, bazanın direktor müavini Stiv Rouz bunu "dünyanın ən təhlükəsiz obyekti” adlandırmışdı. Qranit və polad təbəqələri sayəsində bunker nüvə partlayışlarının elektromaqnit impulslarından qorunur. Qapılar hidravlik sistem vasitəsilə cəmi 45 saniyəyə tam bağlana bilir və zərurət yarandıqda bu, əl ilə də həyata keçirilə bilər.
ABŞ-ın nüvə müharibəsinə hazırlıq planı
Birləşmiş Ştatların nüvə müharibəsi halında hərəkət planı məhz bu bunker üzərində qurulub. Ssenariyə görə, nüvə təhlükəsi yaranarsa, ABŞ prezidenti əvvəlcə Ağ Evin yeraltı sığınacağına aparılacaq, oradan isə "Qiyamət günü təyyarəsi” adlanan xüsusi hava gəmisinə mindiriləcək. Müdafiə naziri, hökumət üzvləri və Konqres liderləri isə Virciniyadakı "Mount Weather” və ya Pensilvaniyadakı "Raven Rock” kimi digər möhkəmləndirilmiş obyektlərə köçürüləcəklər.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO








