Yerdə bir sutka cəmi 19 saat olub - Heyrətamiz kəşf

Uzaq keçmişdə Yer elə bir uzun dövr yaşayıb ki, bu müddətdə planetin fırlanması demək olar dəyişməyib və sutkanın uzunluğu təxminən 19 saat təşkil edib. Alimlər bu nəticəyə Prekambri dövrünə aid geoloji məlumatları təhlil etdikdən sonra gəliblər. Avtosfer.az xəbər verir ki, "Nature Geoscience” jurnalında dərc olunan tədqiqat göstərir ki, Proterozoy erasının ortalarında - təxminən 2 milyard il əvvəlindən 1 milyard il əvvəlinədək - Yer sutkasının tədricən uzanması prosesi dayanıb. Bu müddət ərzində günün uzunluğu demək olar ki, sabit qalıb.
Ay və Günəş arasında tarazlıq
Adətən Yer kürəsinin fırlanması Ayla baş verən qabarma-çəkilmə qarşılıqlı təsiri nəticəsində tədricən zəifləyir. Ay planetin fırlanma enerjisinin bir hissəsini "özünə çəkir”. Lakin tədqiqatın müəllifləri müəyyən ediblər ki, Prekambri dövründə bu təsir Günəşin istiliyi ilə yaranan atmosfer qabarma-çəkilmələri tərəfindən demək olar ki, tam kompensasiya olunub. Müəyyən şərtlər daxilində bu atmosfer dalğaları rezonansa girərək Yer kürəsinin fırlanmasını sürətləndirən moment yaradıb və Ayın ləngidici təsirini tarazlaşdırıb. Nəticədə sutkanın müddəti təxminən 19 saat səviyyəsində sabitləşib.
Geoloji zamanın dərinliklərindən məlumatlar
Alimlər Yer sutkasının uzunluğuna dair 22 müstəqil qiymətləndirmə toplayıblar. Bu məlumatlar qabarma-çəkilmə çöküntülərinin, stromatolitlərin və ritmik geoloji strukturların analizinə əsaslanıb. Məlumatların bir hissəsi müasir tsiklostratiqrafiya üsulları sayəsində əldə olunub; bu metod qədim çöküntü süxurlarına əsaslanaraq Yer kürəsinin fırlanma sürətini müəyyən etməyə imkan verir. Statistik təhlil göstərib ki, sutkanın uzunluğundakı dəyişikliklərdə təxminən bir milyard il davam edən aydın "plato” mövcud olub. Bundan sonra Yer sutkası yenidən uzanmağa başlayaraq müasir 24 saata çatıb.
Oksigen və həyatın təkamülü ilə əlaqə
Bu dövr həm də "darısqal milyard” kimi tanınan mərhələ ilə üst-üstə düşür. Bu, nisbətən sabit iqlim və ləng bioloji dəyişikliklərlə xarakterizə olunan bir epoxadır. Eyni zamanda, atmosferdə oksigen səviyyəsinin iki böyük dəyişməsi arasındakı intervala təsadüf edir. Tədqiqatçılar ehtimal edirlər ki, oksigen və ozon səviyyələrindəki dəyişikliklər atmosfer qabarma-çəkilmələrinin gücünə təsir göstərib və bu da Yerin rezonans vəziyyətdə qalmasına səbəb olub. Bu mərhələnin başa çatmasından sonra sutkanın uzanması fotosintezin daha səmərəli getməsinə və mürəkkəb həyatın inkişafı üçün zəruri olan oksigen səviyyəsinin artmasına şərait yaratmış ola bilər.(qaynarinfo.az)
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










