Yerə yaxınlaşan kometanın mənşəyi müəyyən edilib

Alimlər Yer kürəsinə tədricən yaxınlaşan "3I/ATLAS" kosmik obyektinin təbii mənşəli olduğunu bəyan ediblər. Avtosfer.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan məlumat verilib.
Bununla da kometanın görünüşünün xarakteri ilə bağlı müzakirələrə son qoyulduğu bildirilir.
"Radioteleskoplar kometanın desimetr diapazonunda 1665-1667 meqahers tezliklərdə yaydığı siqnalı aşkar ediblər. Bu da məhz ulduz əmələ gətirən bölgələr və kometalar üçün xarakterikdir. Belə radioemissiya günəş işığının təsiri altında su molekullarının parçalanması ilə bağlıdır. Bu da "3I/ATLAS" kometasının təbii mənşəli olduğuna dair ən yaxşı sübutdur", - institutdan bildirilib.
Qeyd olunub ki, hazırda bütün dünya astronomları kosmik obyekti izləyir və müəyyən olunan tezlik spektrində yeni radiosiqnallar alına bilər.
Daha əvvəl "3I/ATLAS" kosmik obyektinin astronomlar tərəfindən kəşf edilən üçüncü ulduzlararası cisim olduğu haqda məlumatlar yayılmışdı.
Qeyd olunur ki, kometa Yerə yaxınlaşmağa davam edir, lakin adi gözlə və ya həvəskar teleskopla görünməyəcək. "3I/ATLAS"ı müşahidə etmək yalnız rəsədxanalardakı güclü teleskoplarla mümkündür. Kosmik obyektin Yerə ən yaxın məsafədə dekabrın 19-da - 269 milyon km uzaqlıqda olacağı gözlənilir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












