Yerin dərinliklərindən gələcək fəlakət barədə siqnallar aşkarlandı

Yer kürəsinin dərinliklərindən gələn geoloji siqnallar gələcəkdə qlobal miqyasda fəlakətli vulkan püskürməsinin baş verə biləcəyini göstərir. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, bu barədə CNN kanalında dərc olunan elmi məqalədə bildirilir.
Tədqiqatçıların sözlərinə görə, XXI əsrdə supervulkan püskürməsi ehtimalı kifayət qədər yüksəkdir.
Alimlərin fikrincə, bu püskürmə 1815-ci ildə İndoneziyada baş verən və minlərlə insanın həyatına son qoyan Tambora vulkanının fəallığına bənzəyə bilər.
"Yeni araşdırmalar göstərir ki, belə bir püskürmə iqlim dəyişikliyi, temperaturun enməsi, kənd təsərrüfatı üçün əlverişsiz şərait və nəticə etibarilə qlobal ərzaq böhranı ilə müşayiət oluna bilər. Bu, milyonlarla insan üçün ciddi təhlükə yaradacaq", - deyə məqalədə vurğulanır.
Alimlərin hesablamalarına görə, bu əsrdə fəlakətli bir vulkan püskürməsi ehtimalı təxminən 1/6-dir. Belə hadisələr qlobal miqyasda sosial və iqtisadi sistemlərə dərin təsir göstərə bilər.
Qeyd edək ki, 1815-ci ildə baş vermiş Tambora vulkanının püskürməsi nəticəsində atmosferə təxminən 180 kub kilometr kül və qaz atılmış, bu isə "yaysız il" adlandırılan iqlim anomaliyasına, kütləvi aclığa və on minlərlə insanın ölümünə səbəb olmuşdu.
Alimlər bu kimi fəlakətlərin qarşısını almaq üçün geoloji müşahidələrin intensivləşdirilməsini və beynəlxalq əməkdaşlığın gücləndirilməsini tövsiyə edirlər.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












