“YouTube”də 45 dəqiqədən çox vaxt keçirmək niyə zərərli hesab edilir? - ARAŞDIRMA

Rəqəmsal dövr sosial medianı gündəlik həyatın ayrılmaz hissəsinə çevirməyə davam edir. Lakin bu platformalardan nə qədər vaxt sərf etmək asılılıq riskini artırır? “TikTok”da 35 dəqiqə, “Instagram”da 30 dəqiqə, “YouTub”da isə 45 dəqiqə limitləri gündəmi zəbt edir.
Avtosfer.az xəbər verir ki, sosial media platformalarının dizaynı, istifadəçilərin beynində dopamin istehsalını artıraraq asılılıq yarada bilər. “TikTok”un "sonsuz sürüşdürmə" alqoritmi, istifadəçini platformada saxlamağa xidmət edir. “Instagram”da 30 dəqiqədən çox istifadə subyektiv rifahı azalda bilər, “YouTube”da isə 45 dəqiqəlik fasiləsiz video istehlakı diqqətə mənfi təsir edə bilər. “X”də isə tez-tez istifadə edildikdə asılılıq riski artır.
Alimlər sosial media istifadəsi üçün ümumi bir vaxt təyini etməyin yanıltıcı ola biləcəyini vurğulayır. Lakin gündə 1 saatdan çox istifadə, xüsusilə gənclər üçün diqqət dağınıqlığı və psixi sağlamlıq problemləri ilə nəticələnə bilər.
Mütəxəssislər belə asılılıqlardan uzaq durmaq üçün aşağıdakları etməyi tövsiyyə edir:
1)vaxt məhdudiyyətləri təyin edərək izləmək;
2)rəqəmsal detoks günləri təşkil etmək;
3)aktiv istifadə və kreativ qarşılıqlı əlaqə qurmaq.
Alimlər araşdırmaların nəticələrinə əsasən sosial medianın mənfi təsirlərini azaltmaq üçün öz "qırmızı xəttini" müəyyənləşdirməyin vacibliyini bildirir.
Eltac Zülfüqaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












