Yuxuda prezident görmək nə vəd edir? - Prezident sürücüsü olmaq...

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir.
Yuxularda bir çox şey görürük. Bunlardan biri də prezidentdir. Bəs, yuxuda prezident görmək nə vəd edir?
Avtosfer.az lent.az-a istinadən yuxuda prezident görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir:
Yuxuda prezident görmək görə biləcəyiniz ən gözəl yuxulardan biridir. Bu, xoş və xeyirli xəbərlərin alınacağını ifadə edir. Belə yuxu görən şəxsin həyatı dinc və rahat keçəcəyi kimi yozulur. Həmçinin, həyatı uğurlarla və qalibiyyətlərlə dolu olacaq, bir çox xəyalları reallaşacaq. Yuxuda prezident görmək yuxu sahibinin yüksək vəzifəyə keçəcəyi və ya uzun vaxtdır istədiyi işi əldə edəcəyini vəd edir.
Yuxuda prezidentin əhvalı yaxşı deyilsə, bu pis hadisələrin olacağına işarədir. Əgər prezident kefli və xoşbəxtdirsə zənginliyin artmasına, işlərin yoluna girməsi tərəfə yozulur.
Yuxuda prezident ilə yemək yediyini görmək yaxşı şeyləri ifadə etmir. Yuxunu görən şəxs bəzi problemlər yaşayacaq, darlığa və çətinliyə düşəcək deməkdir.
Yuxuda prezidentin arvadı olmaq daima yaxşı insanların yanında olmağa, yaxınlardan, qohumlardan miras almağa, tanış olduğunuz biri ilə evliliyə doğru addım atmağınıza işarədir.
Yuxuda prezidentlə söhbət etmək yuxu sahibinin vəzifəsinin daha da artacağına və yüksək rütbəyə çatacağını göstərir.
Yuxuda prezidentin sürücüsü olmaq yuxunu görən şəxsin arxasınca işlər çevirənlərə qarşı qalib gələcəyini bildirir. Maddi və mənəvi cəhətdən rahatlaşacağına yozulur. Həmçinin, şəxsin iş həyatında yaxşı mövqeyə çatacağı, arzuladığı evi alacağı tərəfə də yozulur.
Yuxuda prezidentin cangüdəni olmaq yaxşı şeylər vəd edir. Bu, xəyalpərəstin işlərindəki problemlərin aradan qalxacağına, rəqiblərinin önünə keçəcəyinə, həyat yoldaşı ilə arasındakı münasibətlərini daha da möhkəmləndirəcəyinə dəlalət edir. Bununla yanaşı, belə yuxular qohumların uğurlarınıza, əldə etdiyiniz qalibiyyətlərə həsəd aparacağını da göstərir.
Yuxuda prezident olduğunu görmək yuxu sahiblərinin böyük xəyallar qurmasına və yaxınlarının bu yuxulara inanmamasına yozulur. Bir çoxları belə etibarsızlıqdan inciyə bilər. Amma tezliklə onlara kömək əli uzadılacaq və onları məsxərəyə qoyan hamıya cavab verəcəklər.
Azərbaycanda ən çox hansı avtomobillər sürülür? – Rəsmi statistika AÇIQLANDI
Arxa oturacaqda neçə sərnişin otura bilər? – Qanun nə deyir? - VİDEO
Sumqayıtda "məzəli" işıqfor: Hərəkət istiqamətini özün seç - VİDEO - FOTO - YENİLƏNİB
Təyyarədə siqaret qadağandır; bəs külqabı niyə var? – SƏBƏB
Həbsxanadan filmdəkinə bənzər qaçış
Bakının ən səs-küylü ərazisi; Yasamalda desibel ölçüldü – VİDEO
Elektrikli avtomobilin yürüş məsafəsi nədən asılıdır? – ARAŞDIRMA
İanə qutusundan qızıl sikkə çıxdı - FOTO
Mühərrik yağı əvəzinə qarğıdalı yağı istifadə etdi – 3 000 km yol getdi
Ruslar uşaq dünyaya gətirmək üçün bu ölkəyə axın edirlər – SƏBƏB
“Avqustun 21-i ona 50 illik keçirdim” - “Maşın” deyib keçməyin - VİDEO











