Yüz yaşını keçənlərin sayında rekord: Uzunömürlülüyün sirri tapılırmı?

Böyük Britaniyada 100 yaş və yuxarı insanların sayı rekord səviyyəyə çatıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, 2024-cü ildə ən azı 16.600 nəfər 100 yaş həddini keçib. Bu rəqəm 2004-cü illə müqayisədə iki dəfədən çox artım deməkdir və ötən illə müqayisədə 3,5 faiz yüksəliş göstərir.
Daha uzun ömrün arxasında nələr dayanır?
Mütəxəssislər bu artımı ilk növbədə keçmiş illərdə ölüm göstəricilərinin azalması və səhiyyədəki irəliləyişlərlə əlaqələndirirlər. ONS-nin Demoqrafik Araşdırmalar bölməsinin rəhbəri Kerri Qadsdon bildirib ki, həyat səviyyəsindəki yüksəliş, ictimai sağlamlıq tədbirlərinin güclənməsi və tibbi müalicə imkanlarının genişlənməsi daha çox insanın uzunömürlü olmasına şərait yaradıb. Məlumatlara görə, 100 yaşını keçən 16.600 nəfərin 13.500-dən çoxu qadınlardır. Bu da qadınların yüz yaşına çatma ehtimalının kişilərlə müqayisədə təxminən 4,5 dəfə çox olduğunu göstərir. Alimlər bu fərqi kişilər arasında daha çox rast gəlinən siqaret və alkoqol istifadəsi kimi riskli davranışlarla izah edirlər. Bundan əlavə, qadınların immun sistemlərinin infeksiyalara qarşı daha dayanıqlı olduğu da vurğulanır. Bununla belə, son 20 ildə yüz yaşını keçən kişilərin sayında artım tempi qadınlardan daha yüksək olub. 2004–2024-cü illər arasında kişilərdə bu göstərici üç dəfə artdığı halda, qadınlarda 17,6 faiz yüksəlib.
"Mavi bölgələr" və uzun ömürlülüyün sirləri
Mütəxəssislər, yüz yaş üstü əhalinin artmasını bir qədər də 1918-ci ildən sonra – I Dünya müharibəsinin bitdiyi illərdə doğulan uşaqların çoxluğu ilə əlaqələndirirlər. Bu səbəbdən 2020 və 2021-ci illərdə 100 yaşına çatanların sayında da kəskin artım qeydə alınıb. Dünya üzrə gözlənilən ömür uzunluğu artmağa davam edir və 2050-yə qədər 78,1 ilə çatacağı proqnozlaşdırılır. Alimlər isə uzunömürlülüyün sirrini yalnız tibbi inkişafla deyil, həm də gündəlik həyat tərzi ilə əlaqələndirirlər. "Mavi bölgələr” kimi tanınan — insanların 100 yaşdan çox yaşadığı bölgələrdə — bir neçə ortaq xüsusiyyət önə çıxır: *Aktiv həyat tərzi: Gərgin idman olmasa belə, gündəlik aktivlik və hərəkətlilik uzun ömrü dəstəkləyir.
* Sosial əlaqələr: Dostluq və güclü sosial bağlar sağlam ömrün vacib amilidir, tənhalıq isə mənfi təsir göstərir.
* Həyat məqsədi və inanc: Yaşama mənası tapmaq, məqsəd hissinə sahib olmaq və inanc sisteminin bir parçası olmaq uzunömürlü icmalar üçün ümumi xüsusiyyətdir.
Hazırda dünyanın ən yaşlı insanının 116 yaşlı Ethel Kateram olduğu bildirilir. O, uzunömürlülüyünün sirrini belə izah edir:
"Heç kimlə mübahisə etmirəm, dinləməyi sevirəm və istədiyimi edirəm".
Bu sadə həyat fəlsəfəsi göstərir ki, uzun və sağlam ömrün sirri yalnız tibbdə deyil, həm də insanın mənəvi rahatlığı və həyatla harmoniyasında gizlidir.
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










