20 Yanvarda taksi sürücüsü ilə piyada arasından İNSİDENT - YOLUN ORTASINDA SÜRÜDÜ

Bakıda taksi sürücüsü ilə yolu keçməyə çalışan piyada arasında insident baş verib. Yasamal rayonu ərazisində - 20 Yanvar dairəsində Füzuli rayon sakini olan 1974-cü il təvəllüdlü Əbdürrəhimov Samir Baloğlan oğlu taksi kimi idarə etdiyi “Ravon-R4” markalı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsinə çıxan piyada ilə mübahisə edib. Mübahisə zəminində sürücü nalayiq sözlərdən istifadə edildiyinə görə piyada həmin maşına yaxınlaşıb və sürücü ilə mübahisə davam edib. Bu zaman sürücü “sən məni zibilə salarsan”, deyərək maşını hərəkət etdirib. Bədəninin bir hissəsini maşının pəncərəsindən içəri salmış piyada avtomobilin hərəkət etməsi ilə bir qədər sürünüb və yerə yıxılıb.
Yerə yıxılan Ziya adlı şəxs xəsarət alıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma- ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə iş açılıb.
Qeyd edək ki, hadisəni törədən taksi sürücüsü daha əvvəl də məhkunmluq həyatı yaşayıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












