25 il məhkumluq həyatı yaşayan narkotacir tutulub - FOTO-VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi avtomobildə saxlanılıb.
Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib.
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












