ABŞ səfirliyinə bu vizalar üçün müraciət edənlərə - Yeni tələb

"Bu andan etibarən F, M və ya J kateqoriyalı qeyri-mühacir vizasına müraciət edən bütün şəxslərə sosial media hesablarının məxfilik ayarlarını “ictimai” (hamı üçün açıq) vəziyyətə gətirmələri tövsiyə olunur”.
Avtosfer.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, bu, ABŞ qanunvericiliyinə uyğun olaraq onların şəxsiyyətinin və ölkəyə daxilolma hüququnun müəyyənləşdirilməsi üçün zəruri olan yoxlama prosesini asanlaşdırmaq məqsədi daşıyır.
Məlumat üçün bildirək ki, F kateqoriyalı vizadan ABŞ-də universitetlərdə, kolleclərdə və dil məktəblərində təhsil almaq istəyən tələbələr istifadə edir.
M seriyası peşə və texniki təhsil üçün verilən tələbə vizasıdır.
J seriyası isə mübadilə proqramları (tələbə mübadiləsi, “Work and Travel”, tədqiqat, müəllim proqramları və s.) üçün verilən vizadır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












