Abşeronda ət kombinatından 80 tondan artıq ət oğurlanıb - VİDEO

Abşeronda ət kombinatından 80 tondan artıq ət oğurlanıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar.
Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.
Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib.
Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən adı sadalanan şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar.
Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə satıb.
Baş İdarə, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə ofislərdən birindən içərisində 10 min manat, 1 ədəd müvafiq sənədləri olan “Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov və Abbasqulu Namazov saxlanılıblar.
Qeyd edək ki, saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun Əhmədovun yaşadığı evdən aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO













