Abşeronda taksi sürücüsünün 360 manatını götürüb qaçan müştəri saxlanılıb - VİDEO

Abşeron rayonu Qobu qəsəbəsində taksi sürücüsünə qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edən zərərçəkən sürücü bildirib ki, bir nəfər sərnişin avtomobilə əyləşərək onu qeyd edilən yaşayış massivinə aparmasını xahiş edib. Deyilən ünvana çatanda isə müştəri onun 360 manatını götürərək hadisə yerindən uzaqlaşıb. Qobu Polis Bölməsinin əmədaşları tərəfindən məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini İxtiyar Salahlı saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Saxlanılan şəxs narkotik vasitələr maddələr aludəçisidir və o, bu maddələri əldə etmək üçün qeyd edilən hadisəni törətdiyini bildirib.
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də paytaxt ərazisində digər qanunazidd hərəkətlər etdiyi istisna olunmur. İxtiyar Salahlının əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə, Qobu Polis Bölməsinə, ərazi üzrə polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin rəsmi sosial şəbəkə hesablarına məlumat verə bilərlər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












