ADY yüklərin izlənilməsi üçün yeni platforma istifadəyə verdi - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutu istiqamətində həyata keçirilən konteyner daşımalarının real vaxt rejimində izlənilməsi üçün "Cargo tracking" (Cargo-tracking.ady.az) platformasını istifadəyə verib.
Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib.
Bildirilib ki, yeni rəqəmsal xidmət yük sahiblərinə, yükgöndərənlərə, daşıyıcılara və digər maraqlı tərəflərə konteynerlərin cari vəziyyəti barədə operativ məlumat əldə etmək imkanı yaradır.
"Cargo tracking" platforması tranzit, ixrac və idxal rejimində konteyner daşımalarının rəqəmsal monitorinqini təmin edərək daşıma prosesinin müxtəlif mərhələlərini onlayn şəkildə izləməyə icazə verir ki, bu da logistika əməliyyatlarında şəffaflığı artırır.
Platformanın əsas funksiyaları sırasına konteyner nömrəsi və müvafiq invoys nömrəsi üzrə axtarış, konteynerin göndərilmə və təyinat stansiyası barədə məlumatın əldə edilməsi, konteynerin cari dislokasiyasının əks olunması, eyni zamanda son əməliyyatın icra olunduğu stansiyanın adının göstərilməsi daxildir. "Cargo tracking" marşrut üzrə stansiyalarda giriş və çıxış tarixlərinin və proqnozlaşdırılan çatma vaxtının göstərilməsini, gecikmə müddətinin hesablanması və əks olunmasını, həmçinin konteynerin əsas texniki (pasport) məlumatlarının təqdim edilməsini təmin edir.
İnnovativ həllərin tətbiqi ilə yaradılmış yeni sistem hazırda Azərbaycan və Qazaxıstan ərazilərini əhatə edir. Növbəti mərhələlərdə isə Orta Dəhliz üzrə digər ölkələrlə inteqrasiyası nəzərdə tutulur.
Platformanın tətbiqi rəqəmsal xidmət modelinin inkişafına mühüm töhfə verir. İnnovativ texnoloji həllərin tətbiqi yükdaşımaların idarə edilməsində avtomatlaşdırmanı və məlumat mübadiləsini daha da təkmilləşdirir. Yeni xidmət tranzit konteyner daşımalarının rəqəmsal monitorinqi sahəsində mühüm mərhələ olmaqla regionda logistika proseslərinin, o cümlədən konteyner daşımalarının daha səmərəli, operativ və şəffaf idarə olunmasına geniş imkanlar yaradır.
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










