Keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb - FOTO

Ağsuda əvvəllər məhkum olunmuş şəxsdən atəşə yararlı avtomat və narkotik vasitə aşkarlanaraq götürülüb. Avtosfer.az xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkumluq həyatı yaşamış 36 yaşlı Qəhrəmanov Mehman Əhliman oğlu saxlanılıb. Onun üzərinə keçrilən baxış zamanı əynindəki gödəkcədən siqaret qutusuna bükülmüş təmiz çəkisi 12,81 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,689 qram narkotik vasitə olan tiryək, yaşadığı evdən isə təmiz çəkisi 123,56 qram qurudulmuş marixuana həmin otaqdan sellofan bükümdə təmiz çəkisi 29,821 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan başqa Mehman Qəhrəmanovun yaşadığı evdən bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı, 7,62 mm kalibrli avtomat silah aşkar edilərək götürülüb.
M.Qəhrəmanov saxlanılıb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi açılıb və istintaq işləri davam etdirilir.




Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ












