Banner

Aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Xəbərlər 30 Yanvar 2022 15:30 Oxunub 878
Aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəhər sakini Rəşidə İbrahimovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh