Almaniyadakı azərbaycanlı həkimlərin I Forumu keçiriləcək

Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Almaniyanın Köln şəhərində ilk dəfə Almaniyadakı azərbaycanlı həkimlərin Forumu keçiriləcək.
Bu barədə Avtosfer.az-a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
"Bu tədbirdə artıq Almaniya tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamları, həkimlərlə yanaşı, gənc həmkarlarımız bir araya gələcək. Tibbi kadrların bütün dünyada cəmiyyətlər və dövlətlər üçün nə qədər önəmli bir məna kəsb etdiyini dərk etdiyimiz bir dönəmdə bu cür mühüm beynəlxalq tədbiri keçirməkdən qürur duyuruq. Bu tədbirin zamanı gəldiyində Azərbaycan səhiyyəsinə də öz misilsiz töhfəsini verə biləcəyindən əminəm", - deyə N.Abdullayev bildirib.
Tibb elmləri doktoru bildirib ki, forumun Köln şəhərində keçirilməsi ilə bağlı təşkilatı məsələlərdə Alman Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev və Köln şəhərindəki "Augustireninnen" Xəstəxanasının şöbə müdiri Elvin Hüseynov da yaxından iştirak edərək öz dəstəyini verəcək.
"Ümumiyyətlə isə istər forumda iştirak edənlər arasında, istərsə də onun təşkilatçılığında dövlətçilik ənənələrinə daima sadiq qalan və ürəyi həmişə Vətənlə döyünən insanların olması bu şəkildə ilk dəfə keçirilən forumun mənəvi dəyərini artırır, bu da öz növbəsində, tədbirin ərsəyə gəlməsində rolu olan hər bir şəxsin Azərbaycana əvəzsiz sevgisinin bariz nümunəsidir", - deyə N. Abdullayev bildirib.
Bu dövlət qurumunda 130 nəfər ixtisara düşdü - Baş nazirdən QƏRAR
Gecə də baha, gündüz də! - Bakıda taksi qiymətləri niyə gün boyu YÜKSƏKDİR? - FOTO
"Şir heykəli" ərazisində köhnə asfalt yenisi ilə nə vaxt əvəzlənəcək? - VİDEO
Pensiyalarla bağlı ŞAD XƏBƏR: Bu qədər artım olacaq - Nazirlikdən AÇIQLAMA
Bayılda binanın fasadı qopdu - VİDEO
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
Əsas yolda təhlükəli vəziyyət: Oyuncaq maşınla yola çıxdı - VİDEO
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı










