AMEA-ya kim rəhbərlik edəcək?

“AMEA-nın taleyi necə olacaq, rəhbərliyə kim gələcək, bu barədə danışmaq hələ tezdir”.
Bunu Avtosfer.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun rəhbəri, akademik Rasim Əliquliyev deyib. Ramiz Mehdiyevin istefasından sonra Akademiyaya kimin rəhbərlik edəcəyi barədə danışan R.Əliquliyev bildirib ki, AMEA Rəyasət Heyəti prosedurları aydınlaşdırmaq üçün yenidən toplaşacaq: “AMEA-nın prezidenti Rəyasət Heyətinin bu gün keçirilən iclasında istefa verdi. O istefasını Rəyasət Heyətinə təqdim etdi. Heyət isə buna hörmətlə yanaşdı, ona uğurlar arzuladı. AMEA-nın taleyi necə olacaq, rəhbərlik kim olacaq və s. bu kimi suallar açıq qalır. Lakin birinci vitse-prezident var, o öz işini davam etdirir. Namizədlərin təyin olunması, rəhbər seçilməsi və digər kollegial məsələdir, AMEA bunun üçün yenidən toplaşmalıdır. İndidən nə isə demək çətindir”. Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib. Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovdur. Qurumun nizamnaməsinə əsasən, müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










