Amerikanın iki aviaşirkətinin birləşəcəyi elan edilib

“Frontier” və “Spirit” aviaşirkətləri birləşmək niyyətində olduğunu elan edib. Nəticədə çox böyük büdcəli aviaşirkət yaradılacaq.
Avtosfer.az xəbər verir ki, bu addım atılacağı təqdirdə bir-birini tamamlayan təyyarə parkına və marşrut şəbəkələrinə malik olan iki loukoster birləşəcək. Əgər buna razılıq əldə edilərsə, ABŞ-da bu seqmentdə dominantlıq edəcək yeni bir nəhəng aviaşirkət yaranacaq.
Fevralın 8-də açıqlanmış elanda yeni aviaşirkətin tərkibi barədə təfərrüat az olub. O cümlədən “Frontier” və “Spirit”in ayrı-ayrı brendlər şəklində fəaliyyətini davam etdirəcəyi, mövcud brendlərdən biri altında birləşəcəyi, yoxsa yeni aviaşirkət kimi mövcud olacağı barədə məlumat verilmir.
Aviasiya sənayesi sahəsində ekspertlərin fikrincə, yeni şirkətin idarə olunmasında “Frontier” və onun daxil olduğu, özəl investisiya fəaliyyəti məşğul olan “Indigo Partners” şirkəti aparıcı rol oynayacaq. Aviaşirkətlərin nümayəndələri bildiriblər ki, “Frontier”in səhmlərinin sahibləri birləşmiş aviaşirkətin təqribən 51,5 faizinə, “Spirit”in səhmlərinin sahibləri isə yeni aviaşirkətin səhmlərinin 48,5 faizinə sahib olacaqlar. Bu əqd barədə elan ediləndən sonra “Spirit”in səhmləri 17 faiz bahalaşaraq 1 səhm üçün 25,46 dollara, “Frontier”in səhmləri isə 3,5 faiz bahalaşaraq 12,82 dollara ekvivalent olub.
Hazırda “Frontier”in mənzil-qərargahı Kolorado ştatının Denver şəhərində, “Spirit”in mənzil-qərargahı Florida ştatının Miramar şəhərində, “Indigo Partners” şirkətinin mənzil-qərargahı isə Arizona ştatının Fenisk şəhərində yerləşir. Birləşmiş aviaşirkət ABŞ, Latın Amerikası və Karib hövzəsindən keçməklə 600-dən çox birbaşa marşrut üzrə 145-dən çox istiqamətə xidmət edəcək. Bu aviaşirkətlərin eyni bazarlarda işlədiklərinə baxmayaraq, “Cirium” analitik şirkətinin məlumatına görə, onların xidmət etdiyi 2832 marşrutdan yalnız 519-u və ya 18 faizi kəsişir.
AZƏRTAC
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










