"Atam dünən komaya düşdü, orqanları dözmədi" - Arif Quliyevin qızı

"Ata itirmək ağırdır. Bilirəm, tək ailəsi üçün yox, sevənləri üçün də üzücü xəbər oldu. Mən atamı, xalq isə Xalq artistini itirdi".
Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Quliyevin qızı Günel media nümayəndələrinə açıqlamasında deyib.
"10 gündür əziyyət çəkirik. Hamı da bizlə birlikdə əziyyət çəkirdi, zəng edirdilər, yazırdılar, maraqlanırdılar. Mayın 16-da ad günü idi, gözləmədi... Ağırdır. Sonuncu dəfə görüntülü danışdıq. Söz vermişdi ki, sağalıb gələcək, qızımın toyunda iştirak edəcək. Sözünü tutmadı. Sağalacağına inanırdı, səhhəti yol vermədi, orqanları dözmədi. Bizə çox ağırdır. Hər kəsə sonsuz təşəkkür edirəm. Səhhətində nisbətən yaxşılaşma olmuşdu. Dünən günorta saatlarında komaya düşdü" deyə, Günel bildirib.
Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasından 71 yaşında vəfat etdi.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












