Azad edilən ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlanıb - FOTO

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, yanvarın 5-dən 31-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 27 mina və 230 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 402,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2020-ci ilin noyabr ayının 10-dan bu ilin yanvarın 31-dək azad edilmiş ərazilərdə piyada əleyhinə 10 540, tank əleyhinə 4 802 mina və 13 444 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Eyni zamanda 7 180 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO
“Faiqoğlu” Bakı-2026 cüdo üzrə dünya çempionatının rəsmi sponsoru oldu
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO












