AZAL-la uçmağın təhlükəsiz olduğu bir daha təsdiqlənib

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) "Operational Safety Audit" (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə auditdən növbəti dəfə uğurla keçib.
Bu barədə Avtosfer.az-a AZAL-dan bildirilib.
Məlumata görə, ilk dəfə distant formatda baş tutan bu audit yoxlaması AZAL-ın mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu bir daha təsdiq edib. IOSA auditi (IATA-nın "İstismar Təhlükəsizliyinin Yoxlanılması" Proqramı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviaşirkət auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir. Audit proqramına aviadaşımalar sahəsində yerüstü, yük və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşımalarının təhlükəsizliyi və s. kimi əsas fənlərin yoxlanılması daxildir. Audit yoxlaması təkcə aviaşirkətin istehsalat fəaliyyətinin deyil, həm də təşkilati strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirindən yaranan risklərin minimuma endirilməsi sistemi və əks əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviadaşıyıcının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunub. Bu addım mümkün olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.
“AZAL mülki hava daşımalarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində auditi uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviaşirkətimizin əsas prioritetlərindən biridir” - deyə aviaşirkətin prezidenti Cahangir Əsgərov bildirib.
Azərbaycanın Milli aviadaşıyıcısı 1993-cü ildən IATA-nın üzvüdür. AZAL uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etməklə yanaşı yüksək keyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülüb. Hava daşımaları sahəsində dünyada ən nüfuzlu reytinq şirkəti sayılan Britaniyanın “Skytrax” konsaltinq şirkəti AZAL-ı nüfuzlu "4 ulduz" reytinqinə layiq görüb, eləcə də aviaşirkəti "Orta Asiya və Hindistan" bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviaşirkət elan edib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












