Azərbaycan da “Bayraktar” istehsal edəcək? - AÇIQLAMA

Ötən gün Ərdoğan və Zelenski arasında əldə edilən razılığa görə türk PUA-ları Ukraynada istehsal olunacaq.
Maraqlıdır, Şuşa Bəyannaməsinin TBMM-də qəbulu ilə Azərbaycanda da "Bayraktar"ların istehsalı zavodu açıla bilərmi?
Mövzu ətrafında Sfera.az-a danışan deputat Arzu Nağıyev Türkiyə PUA-larının Ukraynada istehsal edilməsinin bir sıra aspektdən uğurlu ola biləcəyini deyib:
"Ukrayna və Türkiyə arasında PUA-ların istehsalı ilə bağlı əvvəlcədən də müqavilə var idi. Burada əsas məsələ o idi ki, bəzi PUA-ların mühərrikləri Türkiyə üçün Ukraynada istehsal olunur və bu mühərriklər birmənalı şəkildə Türrkiyəyə təqdim olunurdu. Sonradan artıq Türkiyə PUA-larını Ukrayna almağa başladı. Bu gün PUA-ların Ukraynada istehsal olunmağı çox mühüm məsələdir. Böyük ehtimalla həm qiymət, cəhətdən həm də digər məsələlərdə müvafiq standartlara uyğun olan PUA-lar istehsal ediləcək. Türkiyə NATO-ya üzv ölkə kimi çox ciddi statusa malikdir və bu gün onun Ukraynanın yanında olması, Ukraynanın hərbi sənaye kompleksinin inkişafında rol oynaması təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Ərdoğanın səfəri Rusiya və Ukrayna arasında ikitərəfli əlaqələrə töhfə vermək üçün nəzərdə tutulub. Lakin strateji tərəfdaş kimi silahla bağlı onların ciddi və qarşılıqlı münasibətləri var".
Deputat Azərbaycanda türk PUA-larının isteshal edilib, yeni zavodların açıla biləcəyini də sözlərinə əlavə edib:
"Azərbaycanla Türkiyə arasında ən ciddi sənədlərdən biri olan Şuşa bəyannaməsinin hər iki parlamentdə ratifikasiyasından sonra ona istinad edərək müvafiq silahların da istehsalına, eyni zamanda mübadiləsinə başlanıla bilər. Məlum məsələdir ki, Azərbaycanın hərbi sənaye kompleksi inikişaf edib, burada digər dövlətlərin lisenziyası ilə və eyni zamanda özümüzə məxsus silahların istehsalı mövcuddur. Bura PUA-lar da daxildir. Bu sənəd beynəlxalq statusa malik olaraq müxtəlif istiqamətlərdə əməkdaşlığa təkan verəcək".
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










