Azərbaycan Dəmir Yolları beynəlxalq İSO 45001-2018 standartı sertifikatını alıb

Standartın tətbiqində əsas məqsəd “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşları üçün daha sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasıdır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, ADY-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti beynəlxalq İSO 45001:2018 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi” standartı üzrə uyğunluq sertifikatını alıb.
Məlumata görə, cəmiyyət peşə sağlamlığı və təhlükəsizliyi sahəsində ən yüksək beynəlxalq standartın tətbiqi məqsədilə 2020-ci ildə dünyaca məşhur “Societe Generale De Surveillance” (SGS) şirkəti ilə əməkdaşlığa başlayıb. 2020-ci ilin iyun ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin 25 əməkdaşı SGS-nin təlimlərinə qatılaraq müstəqil audit sertifikatlarını alıb. Cəmiyyətin Yanacaq və enerji resurslarının idarə edilməsi departamenti və digər struktur bölmələrində çalışan bu mütəxəssislər İSO 45001:2018 standartının tətbiqinə nəzarət edəcəklər.
SGS tərəfindən 12 fevral 2021-ci il tarixində keçirilmiş son auditin nəticəsi olaraq Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İSO 45001:2018 standartının tələblərinə uyğun fəaliyyət göstərmək üçün hazır olduğu və standart üzrə sertifikatın verilməsi təsdiq edilib.
Sağlam iş şəraitinin təmin edilməsi ilə yanaşı, İSO 45001:2018 standartı əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunlara riayət olunması, peşə xəstəlikləri və iş qəzalarının azaldılması, səmərəliliyin yüksəldilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi tələblərini də əhatə edir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













